Bazar ertəsi, 24 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Reuters: “ABŞ-ın imici müttəfiqləri arasında tam zəifləyib”  

ABŞ Donald Trampın rəhbərliyi altında öz müttəfiqləri arasında avtoritetini itirib

Bununla bağlı "Röyters" agentliyi “Pew Research Center” şirkəti tərəfindən aparılan sorğuya istinadən məlumat verib.

Yazıda ABŞ-ın nüfuzunun xüsusilə Kanada və Almaniya üzərinə edilən iqtisadi hücumlardan sonra lap aşağı düşdüyü bildirilir.

Hazırda almanların sadəcə 30%-nin ABŞ-a rəğbət bəslədyi ortaya çıxıb. Bu göstərici keçən illə müqayisədə 5% azdır. Həmçinn yalnız 38% fransız və 39% kanadalı Birləşmiş Ştatlar barədə müsbət rəy veriblər.

Agentlik Donald Trampın hakimiyyətə gəldiyi gündən ABŞ-ın birtərəfli qaydada beynəlxalq hüquqi öhdəliklərindən vaz keçdiyini bildirib.

Bunlara Paris iqlim sazişi və İran nüvə anlaşması kimi mühüm beynəlxalq sənədlər daxildir.

Beynəlxalq hüquqa ikrahla baxdığını gizlətməyən Trampın bunu əvəzində KXDR lideri Kim Çen In, Rusiya prezidenti Vladimir Putinlə hər vəchlə yaxın olmaq niyyətini gizlətmədiyi qeyd olunub.

Həmçinin Ağ Evin sahibinin NATOAvropa Birliyindəki müttəfiqlərini tez-tez pis vəziyyətdə qoyması, Kanadada keçirilən G7 sammitində birgə bəyannaməni imzalamaqdan imtina etməsi, Kanadanın baş naziri Castin Trüdonu zəif və şərəfsiz adlandırması ABŞ-ın nüfuzunun enməsində əsas səbəblərdən biri olaraq göstərilib.

Keçən həftə isə Tramp bütün bunların müqabilində ABŞ-ın son iki ildə bütün tarixi ərzində əldə etdiy nailiyyətlərdən daha böyük uğurlar qazandığını söyləmiş, onun sözləri zalda gülüşməyə səbəb olmuşdu.

“Axios” saytı isə Trampın ruslar arasında hörmətinin azaldığının müşahidə olunduğunu yazıb.

Belə ki, keçən illə müqayisədə Trampa inananların sayı 55%-dən 19%-a qədər geriəyib.

Tramp hakimiyyətə gəldikdən sonra ruslar içində ABŞ-ın Barak Obama dövründə 15%-ə qədər düşən nüfuzu 40%-ə qədər qalxmışdı. Hazırda bu rəqəm yenidən 26%-ə qədər enib.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda dəhşətli hadisə: Liftin trosu qırıldı: Yaralılar var - Video, Yenilənib

"Həmin evlərdən çox ürküdücü səslər gəlir" - Reabilitasiya Mərkəzində nə baş verir?

Şabrandakı basqında cinayətkarlar ev sahiblərini baltalayıblar  - Yenilənib

Güləşçilərimiz Polşada keçirilən beynəlxalq turnirdə 3 medal qazanıb

Şüvəlanda silahlı insident: 3 polis və 1 nəfər mülki vətəndaş qətlə yetirilib

Mehdiyevin kürəkəni içki aludəçisi olub? - Gecələr "Rolls-Royce"da stress atır, Fotolar

Bakıda silahlı insident zamanı həlak olan polislərin adları açıqlanıb - Siyahı

Paşinyan: Ermənistan xalqı döyüşmək və əziyyət çəkmək istəmir, sadəcə yaşamaq istəyir

Rusiya ordusu Ukraynada yarış motosikletlərindən istifadəyə başlayıb

Rusiya-Abxaziya sərhədində silahlı qarşıdurma baş verib

Ən çox oxunanalar